Çavuşoğlu: "İsveç və Finlandiya NATO üzvü olmaq istəyirsə, gözlənilən addımı atmalıdır”

Çavuşoğlu: "İsveç və Finlandiya NATO üzvü olmaq istəyirsə, gözlənilən addımı atmalıdır”
# 26 may 2022 14:31 (UTC +04:00)

İsveç və Finlandiyadan Türkiyəyə gələn nümayəndə heyətlərinə onların terrorizmə verdiyi dəstəklə bağlı narahatlıqlarımızı və gözləntilərimizi əhatə edən konkret və sübutlardan ibarət sənəd təqdim etdik.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Fələstin və İsrail səfərlərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, İsveç və Finlandiya Türkiyənin gözləntilərini qarşılamaq üçün bir iradə göstərdiyi halda, Ankara da eyni mexanizm çərçivəsində bu ölkələrin NATO-ya üzvlüyü ilə bağlı addımlar atacaq.

“Təbii ki, Ankaraya gələn nümayəndə heyətinin bir görüşdə “biz bunları edəcəyik” deməsi mümkün deyil. Aydındır ki, bunu öz hökumətlərinə aparıb məsləhətləşəcəklər. Biz bilirik ki, bu bir səfərdən sonra atılacaq addımlar deyil, amma tezliklə NATO-ya üzv olmaq istəyənlər onlardır. Bunu istəyirlərsə, gözlənilən addımları atmalıdırlar”, - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR