Çavuşoğlu: “İsveç və Finlandiyanın NATO-ya üzvlüyü atacaqları addımlardan asılıdır”

Çavuşoğlu: “İsveç və Finlandiyanın NATO-ya üzvlüyü atacaqları addımlardan asılıdır”
# 03 noyabr 2022 21:20 (UTC +04:00)

Türkiyənin niyyəti NATO-nun güclənməsinin, genişlənməsinin qarşısını almaq deyil, terrorla mübarizədə konstruktiv addımları görməkdir.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun Baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransı zamanı bildirib.

Diplomat qeyd edib ki, İsveç və Finlandiya tərəfindən bəzi addımlar atılsa da, üzərlərinə götürülən bütün öhdəliklər yerinə yetirilməyib: “Sadəcə silah embarqosunu qaldırmaq yetməz, bu addımların qalıcı olması lazımdır. Bu ölkələrin NATO-ya nə zaman daxil olacaqları onların addımlarından asılıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR