Çavuşoğlu: “İsveçin daxilində onun NATO-ya üzvlüyünü istəməyənlər var”

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 17 iyun 2022 14:52 (UTC +04:00)

İsveçin daxilində onun NATO-ya üzv olmağını istəməyən qurum və rəsmi şəxslər də var.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Xorvatiyaya səfəri zamanı deyib.

O qeyd edib ki, terror təşkilatı olan PKK/YPG isə bunun üçün əlindən gələn hər şeyi edir, İsveç şəhərlərində rahat şəkildə yürüşlər keçirir.

Nazir İsveçin NATO-ya üzv olmaq üçün PKK/YPG ilə mübarizədə qətiyyətli addımlar atmasının lazım olduğunu xatırladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR