Çavuşoğlu: Konsulluqların bağlanılması məqsədlidir

Çavuşoğlu: Konsulluqların bağlanılması məqsədlidir
# 03 fevral 2023 12:15 (UTC +04:00)

Konsulluqların bağlanılması məqsədlidir.

APA xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O, Türkiyənin məsələ ilə bağlı xəbərdarlıq etdiyini və bunun cavabsız qalmayacağını qeyd edib: “Bir terror təhdidi varsa, bizə bildirmələri gərəkməzmi? Daxili İşlər Nazirliyinə, kəşfiyyatımıza müraciət edirik. Konkret bir bilgi yoxdur”.

Qeyd edək ki, 9 ölkə, o cümlədən Almaniya, Niderland, Britaniya və İsveçrə İstanbuldakı konsulluqlarını bağlayıb. Bunun ardınca həmin 9 ölkənin səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Xatırladaq ki, 9 ölkə Türkiyədəki “təhlükəsizlik təhdidi” səbəbi ilə İstanbuldakı konsulluqlarının fəaliyyətinə ara verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR