Çavuşoğlu: “Müttəfiqlərimiz Rusiyaya qarşı sanksiyalara qoşulmamağımızın səbəbini anlayır”

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 20 aprel 2022 23:15 (UTC +04:00)

Qərb ölkələri və müttəfiqlərimiz bizim Rusiyaya qarşı sanksiyalara qoşulmamağımızın səbəbini anlayır və bunu qəbul edir.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu “CNN Türk” kanalına müsahibəsində deyib.

O qeyd edib, Yunanıstan və bəzi Avropa ölkələrindən başqa hər kəs bu müharibədə Türkiyənin oynadığı rolu anlayır və sadəcə Rusiyaya sanskiyalardan boyun qaçırmaqda kömək etməməyə çağırır.

Bundan əlavə, nazir ölkəsinin Rusiyadan hərbi təyyərələrinin də Türkiyə hava məkanından istifadə etməməsini tələb etdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR