Çavuşoğlu Osloda keçiriləcək NATO XİN başçılarının toplantısında iştirak etməyəcək

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu

© APA | Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu

# 29 may 2023 17:06 (UTC +04:00)

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Osloda keçirləcək NATO xarici işlər nazirlərinin görüşündə iştirak etməyəcək.

APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İsveç xarici işlər nazirinin sözçüsü bildirib.

Daha əvvəl İsveçin xarici işlər naziri Tobias Billstrom SVT telekanalına deyib ki, o, iyunun 1-də türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Osloda NATO xarici işlər nazirlərinin toplantısında görüşəcək, lakin daha sonra İsveç XİN sözçüsü: "Ancaq bizə Türkiyənin xarici işlər nazirinin gəlməyəcəyi barədə məlumat verildi, ona görə də orada heç bir görüş olmayacaq", - deyə açıqlama verib və əlavə edib ki, XİN başçıları arasında görüş "tezliklə" baş tutacaq.

Qeyd edək ki, İsveçin NATO-ya üzvlüyü Türkiyə və Macarsıtan tərəfindən ratifikasiya olunmayıb. Planlaşdırılan görüşdə İsveçin NATO-ya üzvlüyü məsələsi müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR