Çavuşoğlu: "PKK İsveçdəki fəaliyyətini davam etdirir"

Çavuşoğlu: "PKK İsveçdəki fəaliyyətini davam etdirir"
# 20 mart 2023 21:50 (UTC +04:00)

PKK İsveçdəki fəaliyyətini davam etdirir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Brüsseldə keçirilən “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” Beynəlxalq Donorlar Konfransından sonra mətbuat konfransı zamanı jurnalistlərin sualına cavabında bildirib.

O qeyd edib ki, İsveç NATO-ya üzvlük prosesində bəzi addımlar atsa da bütün öhdəlikləri yerinə yetirməyib:

“Biz İsveçdə terror təşkilatlarının, insanların PKK-ya cəlb edilməsinin, onlara maliyyə dəstəyinin ayırılmasının qarşısının alınmasını və İsveçə təqdim etdiyimiz terrorçu adların Türkiyəyə ekstradisiya olunmasını istəyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR