Çavuşoğlu: Ermənistanla əlaqələrin normallaşması üçün xüsusi nümayəndələr işləyir

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 29 sentyabr 2022 17:51 (UTC +04:00)

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycanın qəhrəman Ordusunun Qarabağ zəfərindən sonra bir fürsət yaranıb.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

XİN rəhbəri Ermənistanla münasibətlərin normallaşması üçün addımlar atdıqlarını vurğulayıb.

O qeyd edib ki, Ermənistan tərəfindən normallaşmaya doğru addımlar atması asan olmasa da, xüsusi nümayəndələr bu istiqamətdə işləyirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR