Çavuşoğlu: "Rusiya və terrorizm NATO-nun qarşılaşdığı iki ən önəmli təhdiddir"

Çavuşoğlu: "Rusiya və terrorizm NATO-nun qarşılaşdığı iki ən önəmli təhdiddir"
# 11 iyun 2022 14:51 (UTC +04:00)

Türkiyə NATO-nun açıq qapı siyasətinə heç bir zaman qarşı olmayıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Praqada Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu çexiyalı həmkarı Yan Lipavski ilə birgə mətbuat konfransı zamanı deyib.

O, İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəyini xatırladaraq, Rusiya və terrorizmin NATO-nun qarşılaşdığı iki ən önəmli təhdid olduğunu qeyd edib. Nazir əlavə edib ki, təşkilat çərçivəsində bütün müttəfiqlərin narahatlıqları nəzərə alınmalıdır və Türkiyə İsveç və Finlandiyanın alyansa üzvlüyü ilə bağlı öz fikrini tərəflərə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR