Çavuşoğlu: Rusiya və Ukrayna arasında sülh Türkiyə vasitəsilə mümkün ola bilər

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 23 sentyabr 2022 16:54 (UTC +04:00)

Rusiya və Ukrayna arasında bir sülh sazişi imzalansa, bu, Türkiyənin vasitəsilə mümkün ola bilər. Türkiyənin bir ümid olduğunu hər kəs bizə deyir.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda Türkiyəli jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Rusiya və Ukrayna arasında gedən müharibənin davam etməsini istəyən çox az ölkə qalıb.

Nazir əlavə edib ki, “Taxıl daşınması sazişi”nin imzalanması da, Türkiyənin iştirakı ilə mümkün oldu və dünya bazarlarında ciddi şəkildə taxıl qiymətlərinin düşməsinə səbəb oldu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR