Çavuşoğlu Rusiyanın qismən səfərbərlik elan etməsinə münasibət bildirib

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 23 sentyabr 2022 17:14 (UTC +04:00)

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Nyu-Yorkda “Astana formatı” çərçivəsində keçirilən görüş zamanı Rusiyanın qismən səfərbərlik elan etməsini müzakirə etməyib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə, o, Nyu-Yorkda türkiyəli jurnalistlərə açıqlamasında deyib.

“Təbii ki, Lavrov bu qərarı müdafiə edəcək. Qismən səfərbərlik elan etmək hər bir ölkənin öz qərarıdır, amma səbəbi nədir? Bir müharibə gedir, bu nə zaman bitəcək, hər kəs bunu bilmək istəyir. Bu səfərbərlik müharibənin qısa sürməsinəmi, ya daha da uzanacağınamı yol açacaq? Təbii ki, hər kəs bu qərardan sonra müharibənin daha da uzanacağını görür”, - Çavuşoğlu əlavə edib.

O vurğulayıb ki, bu səbəblə Türkiyə iki lideri bir araya gətirərək, bu müharibənin tezliklə bitməsini istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR