Çavuşoğlu: Taxıl sazişinin uzadılması Türkiyənin gündəliyindədir

Çavuşoğlu: Taxıl sazişinin uzadılması Türkiyənin gündəliyindədir
# 17 noyabr 2022 20:41 (UTC +04:00)

"Taxıl sazişinin uzadılması məsələsi uzun müddətdir Türkiyənin gündəliyindədir. Ümid edirik ki, 4 aydan sonra bu sazişi yenə, bu dəfə 1 illik uzada biləcəyik".

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Rusiya taxılı və gübrəsinin ixracatı üçün razılıq əldə olunmayıb: “Biz ABŞ və digər tərəfdaşlarımızla təmaslarımızı davam etdiririk, amma bəzi maneələr hələ də aradan qaldırılmayıb, bunu etmək lazımdır. Bəziləri deyir ki, biz Rusiyanı müdafiə edirik. Xeyr, hər şeydən əvvəl bu bir sazişdir. Biz Ukrayna taxılının kasıb ölkələrə getməsi üçün, sazişdə olduğu kimi, Rusiyanın tələblərinin yerinə yetirilməsinin lazım olduğunu deyirik”.

Çavuşoğlu əlavə edib ki, Türkiyənin vasitəçilik səyləri iki ölkə arasında inamın bərpa olunmasına yönəlib və bunun üçün Türkiyə lideri rusiyalı və ukraynalı həmkarları ilə təmaslarını davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR