Çavuşoğlu: Türk dünyasının yenidən bütövləşməsi üçün addımlar atırıq

Çavuşoğlu: Türk dünyasının yenidən bütövləşməsi üçün addımlar atırıq
# 07 yanvar 2023 14:42 (UTC +04:00)

Türkiyə Respublikası 100-cü ildönümündə təməl dəyərlərinə qayıdır.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı bildirib.

O qeyd edib ki, bu gün artıq bölgədə Türkiyəyə qarşı addımların atılmayacağını dost və düşmənlər də bilir.

“Türk Dövlətləri Təşkilatını gücləndirib, türk dünyasının yenidən bütövləşməsi üçün addımlar atırıq. Şimali Kipr Türk Respublikasının üzv olması prosesi ilə türk dünyası ilə şərqi Aralıq dənizini birləşdiririk”, - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR