Çavuşoğlu: “Türkiyə olmadan Qafqazda sülhdən danışıla bilməz”

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 16 iyul 2022 00:28 (UTC +04:00)

“Türkiyədə 15 İyul 2016-cı ildə baş verən dövlət çevirilişi cəhdindən cəmi ay yarım sonra “Fırat Qalxanı” (Suriyada - red.) əməliyyatına başladıq. Afrikadan Qafqaza, Qara dənizdən Aralıq dənizinə qədər geniş bir coğrafiyada əvvəllər olmadığımız qədər aktivləşdik”.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Alaniyada “15 iyul - Demokratiya və Milli Birlik Günü” bayramına həsr olunmuş çıxışı zamanı deyib.

Çavuşoğlu qeyd edib ki, artıq bu coğrafiyalarda Türkiyənin iştirakı olmadan sülh və sabitlikdən danışıla bilməz: “Bunu ən son Ukrayna böhranında görürsüz. Həm müharibənin dayandırılması, həm də ərzaq böhranının aradan qaldırılması üçün ən önəmli aktor Türkiyədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR