Çavuşoğlu Türkiyə-Rusiya-Suriya üçtərəfli görüşünü faydalı hesab edir

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 29 dekabr 2022 14:29 (UTC +04:00)

Rusiya-Türkiyə-Suriya müdafiə nazirlərinin və kəşfiyyat təşkilatlarının rəhbərlərinin üçtərəfli görüşü faydalı olub.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O, davamlı sülh, sabitlik və siyasi həll üçün Suriya hakimiyyəti ilə əlaqənin vacib olduğunu qeyd edib:

“Suriyada terrorla mübarizəmiz həm havadan, həm də qurudan qətiyyətlə davam edəcək. Hazırda rejimlə əlaqə, yəni birbaşa və ya vasitəli təmaslar terrorla mübarizəmizə mane olmur. Eyni zamanda, Suriya rejimi də suriyalıları qaçqınların öz ölkələrinə qayıtmağını istəyir. Bu qayıdışın onların təhlükəsizliyinin təmin edilməsi ilə olması vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR