Çavuşoğlu: Türkiyə Ukrayna üçün ədalətli sülh istəyir

Çavuşoğlu: Türkiyə Ukrayna üçün ədalətli sülh istəyir
# 01 fevral 2023 12:56 (UTC +04:00)

“NATO-nun genişləndirilməsi bizim gündəmimizdədir”.

APA xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Tallində estoniyalı həmkarı ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Türkiyə savaşa qarşıdır və Ukraynanı dəstəkləyir: “Türkiyə Ukrayna üçün ədalətli sülh istəyir. Çünki Ukraynanın əraziləri işğal edilib. Rusiya ilə də danışıqları davam etdiririk. Hazırda hücuma məruz qalan ölkə Ukraynadır. Buna görə də bizim Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyimiz lazımdır”,- nazir deyib.

O bildirib ki, Türkiyə hər zaman Ukraynanın ərazi bütövlüyünü müdafiə edib:

“Krım məsələsi də buna daxildir. Ədalətli sülh deyəndə Ukraynanın ərazi bütövlüyünün təmin edilməli olduğunu düşünürük. Bu savaşın danışıqlar masasında başa çatacağını düşünürük. Hər hansı sülhün, atəşkəsin hər iki tərəfdən qəbul edilməsi lazımdır. Bizim işimiz burada onlara nəyisə diktə etmək deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR