Çavuşoğlu: "Ukrayna məsələsində ABŞ ilə Rusiyanın dialoqu həlledici olacaq"

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 20 yanvar 2022 13:58 (UTC +04:00)

'Ukrayna məsələsində ABŞ və Rusiya arasındakı dialoq həlledici olacaq. NATO indi ilk olaraq Rusiyaya şifahi cavab verdi, Rusiyanın təklifləri var idi. İndi isə yazılı şəkildə cavab veriləcək'.

APA-nın yerli bürosu xəbərinə görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu

Rusiya ilə Ukrayna arasında yaşanan gərginliyə münasibət bildirərkən deyib.

O qeyd edib ki, sözügedən ölkələr arasında gərginlik hələ də davam edir: ‘Vəziyyət hələ də ciddidir. Əlaqələrimizi davam etdirəcəyik. Bu yolla gərginliyi azaltmağa ümid edirik’, - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR