Çavuşoğlu: “Ukrayna müharibəsi həmrəyliyə çox ehtiyac olduğunu göstərdi”

Çavuşoğlu: “Ukrayna müharibəsi həmrəyliyə çox ehtiyac olduğunu göstərdi”
# 27 may 2022 18:54 (UTC +04:00)

"Yaşadığımız bölgədə yetərincə qarşıdurmalar var, bizim aramızda olan fikir ayrılıqlarının olmasının heç kimə xeyri yoxdur".

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed əl Nəhyan ilə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Ukrayna müharibəsi həmrəyliyə, birliyə və sabitliyə hər zamankından nə qədər çox ehtiyac olduğunu göstərdi.

Nazirin sözlərinə görə, terrorla mübarizədə birgə əməkdaşlıq da son dərəcə vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR