Çavuşoğlu: Ukrayna üçün ədalətli sülh olmalıdır

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 01 dekabr 2022 18:49 (UTC +04:00)

Dünyada etimadın azalması ATƏT ölkələrini böhranlar qarşısına çıxardı, ciddi şəkildə qütbləşmə baş verdi.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Lodzda keçirilən 29-cu iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, hazırkı iclas Ukraynada baş verən müharibə şəraitində keçirilir:

“Diplomatiyanın qarşısının açıldığı halda həll yoluna nail olmaq mümkündür. Təbii ki, Ukrayna üçün ədalətli bir sülh olmalıdır. Türkiyə ATƏT-in atdığı addımları güclü şəkildə dəstəkləməyə davam edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR