Çavuşoğlu: Ukraynada atəşkəslə bağlı yox, amma taxıl dəhlizinə görə ümidliyik

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 21 iyul 2022 11:29 (UTC +04:00)

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri yaxınlaşmışdı. Təəssüflər olsun ki, sonra tərəflər bir-birindən uzaqlaşdılar.

APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT Haber telekanalına müsahibəsində deyib.

O bildirib ki, buna İrpin və Buçadakı vəziyyət səbəb olub.

“Rusiya və Ukrayna tərəflərini yenidən yaxınlaşdırmağa cəhd edirik”, - Türkiyə XİN rəhbəri qeyd edib.

Çavuşoğlu Ukraynada atəşkəslə bağlı ümidli olmadığını bildirib.

“Amma taxıl dəhlizi ilə bağlı ümidliyik”, - nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR