Çavuşoğlu Yunanıstana xəbərdarlıq edib

Çavuşoğlu Yunanıstana xəbərdarlıq edib
# 06 dekabr 2022 13:45 (UTC +04:00)

Yunanıstan Egey dənizindəki adaların statusuna dair razılığı pozaraq, oraları silahlandırır.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Yunanıstan sülh istəmir.

“Yunanıstan bu addımlardan əl çəkməsə, bu adaların suverenliyinə yenidən baxılmalıdır. Bizim buna səssiz qalmamız mümkün deyil. Ya Yunanıstan adaları silahlandırmaqdan vaz keçər və sazişə əməl edər, ya da biz lazım olan addımları atarıq”, - nazir deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR