Çavuşoğlu: Yunanıstanın ərazi sularını genişləndirməsinə icazə verə bilmərik

Çavuşoğlu: Yunanıstanın ərazi sularını genişləndirməsinə icazə verə bilmərik
# 29 dekabr 2022 11:59 (UTC +04:00)

“Liviyada Türkiyənin rolunu əvəz edə biləcək aktor yoxdur. Bizim qədər balanslaşdırılmış proqramı olan ikinci ölkə də yoxdur”.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunlarına dair mətbuat konferansı zamanı bildirib.

O qeyd edib ki, ölkəsi bütün Liviya xalqının təbii qaza dair Türkiyə ilə imzalanan memorandumdan xeyir görməsini istəyir.

Çavuşoğlu, həmçinin, əlavə edib ki, Türkiyə Egey və Şərqi Aralıq dənizində haqlarını qorumağa davam edəcək.

“Yunanıstanla ilin əvvəlində dialoq kanallarını işlətməyə çalışdıq, siyasi məsləhətləşmələrin 64-nü fevralda keçirdik. Ancaq daha sonra Miçotakisin Türkiyə əleyhinə kampaniya başlatması Egey dənizindəki təhdidlər, soyqırımı iddiaları bu dialoqu dayandırdı. Yunanıstanın xüsusilə Krit adası istiqamətində ərazi sularının 12 milədək genişləndirməyə dair qərar aldığı bildirilir. Egey dənizində hətta 1 millik ərazi sularının genişləndirilməsinə icazə verə bilmərik”, - deyə nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR