Çavuşoğlunun Fələstin və İsrail səfərlərinin proqramı açıqlanıb

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 23 may 2022 17:50 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Fələstin və İsrail səfərlərinin proqramı açıqlanıb.

APA-nın İstanbul müxbiri xəbər verir ki, Çavuşoğlu Türkiyə və Fələstin xarici işlər nazirlərinin Müştərək Komitəsinin ikinci iclasına sədrlik etmək üçün mayın 24-də Fələstinə səfər edəcək.

Səfər çərçivəsində Çavuşoğlunun Fələstinin XİN rəhbəri Riyad Malki və Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbasla görüşləri nəzərdə tutulub.

Bundan əlavə, Çavuşoğlu mayın 25-də İsrailə də səfər edəcək. Səfər çərçivəsində israilli həmkarı Yair Lapidlə ikitərəfli və nümayəndə heyətləri arası görüşlərdə regional və beynəlxalq məsələlər, eləcə Türkiyə=İsrail münasibətləri barədə fikir mübadiləsinin aparılacağı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR