CBOS: Polyakların 82%-i ruslara qarşı düşmən münasibət bildirib

CBOS: Polyakların 82%-i ruslara qarşı düşmən münasibət bildirib
# 24 mart 2023 07:02 (UTC +04:00)

Polşada sakinlər arasında 20 xalq və etnik qrupa münasibətlə bağlı sorğu keçirilib.

APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, tədqiqatı CBOS laboratoriyası aparıb.

Respublika əhalisi amerikalıları ən sevimli xalq adlandırıb - respondentlərin 68%-i onlara rəğbət bəsləyir, italyanlar ikinci yerdədir - 61%. TOP-3-ü respondentlərin 60%-nin rəğbət bəslədiyi britaniyalılar qapayıb.

Ukraynalılara simpatiyasını polyakların 51%-i bildirib.

Ruslar sorğuda sonuncu yerdə olub, nifrət faizi il ərzində 38%-dən 82%-ə yüksəlib, müsbət əhval-ruhiyyənin payı isə 29%-dən 6%-ə düşüb.

Sorğuda Polşanın 982 yetinlik yaşlı sakini iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR