Çelik: “Ayasofiya məscidi Yunanıstana aid məsələ deyil"

Ömər Çelik

© APA | Ömər Çelik

# 12 may 2022 20:15 (UTC +04:00)

Ayasofiya məscidinin şəklinin pasportumuzda olması yunanları niyə maraqlandırsın? Bunu anlamıram.

APA-nın İstanbul müxbirinin xəbərinə görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı deyib.

AKP sözçüsü məscidin Türkiyənin suverenliyi altında olduğunu qeyd edərək, təşəbbüsü irəli sürənləri təbrik edib: “Bu çox gözəl şeydir. Bu işin yunanları maraqlandıra biləcək heç bir tərəfi yoxdur. Onların reaksiya verəcəkləri məsələ deyil. Bunu Ayasofiya məscidi açılanda da eyni şeyi etdilər. Amma bu Türkiyə Cumhuriyyətinin suverenliyi daxilində bir mövzudur, Yunanıstan və yunanlara aid bir məsələ deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR