Cənubi Ukrayna AES-də AEBA-nın missiyası yaradılıb

Cənubi Ukrayna AES-də AEBA-nın missiyası yaradılıb
# 17 yanvar 2023 01:56 (UTC +04:00)

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Cənubi Ukrayna AES-in ərazisində daimi nümayəndəlik yaradıb.

APA-nın məlumatına görə, bu barədə qurumun baş direktoru Rafael Qrossi “Twitter” səhifəsində AEBA-nın bayraq qaldırma mərasiminin videosunu yayaraq bildirib.

“Bir il əvvəl biz burada birlikdə idik. İndi, bütün bu çətinliklərə baxmayaraq, AEBA indi buradadır. İndi biz burada daimi iştirakımızı təmin etdik" – deyə Qrossi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR