Monteneqro parlamentində hökumətə etimadsızlıq səsverməsi  keçirilib

Skupşina

© APA | Skupşina

# 20 avqust 2022 05:41 (UTC +04:00)

Monteneqro parlamentində (Skupşina) Dritan Abazoviçin rəhbərlik etdiyi hökumətə etimadsızlıq səsverməsi keçirilib.

APA-nın ZDM saytına istinadla xəbərinə görə, səsvermə hakim Sosial- demokrat Partiyasının təşəbbüsü əsasında keçirilib. Müzakirələr 12 saat davam edib. 51 deputatdan 50-si hökumətə etimadsızlıq göstərib.

Qanunverici orqandan bildirilib ki, ölkə 2010-cu ildən Avropa İttifaqı üzvlüyünüə namizəd olsa da, bu sahədə ciddi addım atılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR