Çexiya Aİ Şurasına prezidentliyinin prioritetlərini açıqlayıb

Çexiya Aİ Şurasına prezidentliyinin prioritetlərini açıqlayıb
# 15 iyun 2022 20:26 (UTC +04:00)

Çexiya Avropa İttifaqı Şurasına prezidentliyi dövründə rəhbər tutacağı prioritetləri açıqlayıb.

APA xəbər verir ki, bu barədə Çexiyanın Avropa Məsələri üzrə Nazirliyi bildirib.

Qeyd olunub ki, Çexiya Şuraya Prezidentliyi müddəti qaçqın böhranının idarə edilməsi və müharibədən sonrakı Ukraynanın yenidən qurulmasına, enerji təhlükəsizliyinə, Avropanın müdafiə imkanlarının və kibertəhlükəsizliyinin gücləndirilməsinə, Avropa iqtisadiyyatının strateji dayanıqlılığına və demokratik təsisatların dayanıqlılığının artırılmasına fokuslanacaq.

Çexiyanın Aİ-də Prezidentliyi iyulun 1-dən “Avropa bir tapşırıq olaraq: Yenidən düşün, yenidən qur, yenidən güclü et” şüarı ilə başlayır. Və prezidentlik bu ilin sona qədər davam edəcək.

Qeyd edək ki, Aİ Şurasına prezidentlik rotasiya yolu ilə baş tutur və təşkilata üzv dövlətlər 6 ay Şuraya prezidentlik edir. Hazırda Aİ Şurasına prezidentlik Fransadadır və bu ayın sonunda başa çatır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR