Çexiya öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb

Çexiya öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb
# 03 oktyabr 2022 16:23 (UTC +04:00)

Çexiya öz vətəndaşlarını Rusiya ərazisini tərk etməyə və bu ölkəyə səfərdən çəkinməyə çağırıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş bəyanatda bildirilib.

“Rusiya Federasiyasının Ukraynaya davam edən hərbi müdaxiləsi və Rusiya Federasiyasında ilk növbədə Avropa İttifaqı və NATO ölkələrinin vətəndaşları üçün təhlükəsizlik vəziyyətinin pisləşməsi təhlükəsi ilə əlaqədar olaraq, Çexiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Rusiya Federasiyasına səfər etməkdən çəkinməyi tövsiyə edir, vətəndaşlarını Rusiya ərazisini tərk etməyə çağırır", - bəyanatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR