Çexiya polisi 60 milyon avroluq yarım ton kokain müsadirə edib

Çexiya polisi 60 milyon avroluq yarım ton kokain müsadirə edib
# 11 iyun 2022 00:05 (UTC +04:00)

Çexiyanın Jicin və Rıçnov nad Kneznov şəhərlərindəki supermarketlərin işçiləri banan qutularında yarım ton kokain tapıblar.

APA xəbər verir ki, bu barədə Çexiya polisi "Twitter" səhifəsində məlumat yayıb.

"Bu gün günorta saatlarında banan qutularında kokain olan paketlər Jicin və Rıçnov nad Knejnou supermarketlərinin işçiləri tərəfindən aşkar edilib. Məhkəmə ekspertləri müəyyən ediblər ki, onlar Çexiyanın başqa yerlərində gəlib", - deyə məlumatda deyilir.

Milli Narkotiklərlə Mübarizə Mərkəzində faktla bağlı araşdırma aparılır.

“Qara” bazarda kokainin qiyməti 1,5 milyard krona (təxminən 60 milyon avro) satılır.

Bu arada polis bildirib ki, cümə günü kokainin ələ keçirilməsi əməliyyatı zamanı 840 kq bu maddə saxlanılıb. Onun "qara" bazarda dəyəri iki milyard kronu (təxminən 80 milyon avro) keçə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR