Çexiya Prezidenti: "Praqanın Ukraynaya silah vermək üçün imkanları yoxdur"

Çexiya Prezidenti: "Praqanın Ukraynaya silah vermək üçün imkanları yoxdur"
# 23 mart 2023 05:58 (UTC +04:00)

Çexiya prezidenti Petr Pavel bildirib ki, Çexiya Ukraynaya silah tədarükü məsələsində ondan asılı olan hər şeyi edib, lakin ölkənin artıq belə imkanları yoxdur.

APA xəbər verir ki, Pavel bunu “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində deyib.

“Çexiya Ukraynaya silah tədarükündə bacardığı qədər kömək etdi, lakin onun artıq buna imkanı yoxdur”, - deyə o bildirib.

Pavel əlavə edib ki, Çexiya da işçi qüvvəsi çatışmazlığı səbəbindən sursat istehsalında problemlərlə üzləşə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR