Çexiya Rusiya və Belarus vətəndaşlarına viza verilməsini dayandırıb

Çexiya Rusiya və Belarus vətəndaşlarına viza verilməsini dayandırıb
# 23 iyun 2022 03:31 (UTC +04:00)

2023-cü ilin mart ayına qədər Rusiya və Belarus vətəndaşlarına Çexiyaya daxil olmaq üçün vizalar, habelə uzun müddət qalmaq üçün icazələr verilməyəcək.

APA-nın məlumatına görə, bu barədə “RİA Novosti” Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən yazır.

Bu barədə qərar Xarici İşlər Nazirliyinin təklifi ilə ölkə hökuməti tərəfindən 2022-ci il fevralın 24-də qəbul edilib.

İstisna humanitar hallar ola bilər.

Beləliklə, Çexiya Ukraynada xüsusi əməliyyatı dayandırmaq üçün Rusiya Federasiyası və Belarusun hakimiyyət orqanlarına təzyiq göstərməyə çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR