Çexiya və Slovakiya Ukrayna üçün sursat istehsal etməyi planlaşdırır

Çexiya və Slovakiya Ukrayna üçün sursat istehsal etməyi planlaşdırır
# 04 iyun 2023 00:49 (UTC +04:00)

Çexiya və Slovakiya sursat istehsalı sahəsində əməkdaşlıq etmək niyyətindədir.

APA-nın Çexiya Televiziyasına istinadən verdiyi məlumata görə, bunu Slovakiyanın müdafiə naziri Martin Sklenar çexiyalı həmkarı Yana Çernoxova ilə görüşdən sonra deyib.

“Birgə həyata keçirə biləcəyimiz çoxlu layihələr var. Biz birlikdə irəliləməkdən xoşbəxt olacağıq. Biz həmçinin döyüş sursatlarının istehsalı üzrə imkanların artırılması sahəsində əməkdaşlıq haqqında danışdıq”, - Sklenar bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR