Çexiyada 7 həbsxana nəzarətçisi məhbuslara işgəncə verməkdə ittiham olunub

Çexiyada 7 həbsxana nəzarətçisi məhbuslara işgəncə verməkdə ittiham olunub
# 29 dekabr 2021 03:22 (UTC +04:00)

Çexiya Prokurorluğu Praqadan 100 kilometr cənub-şərqdə yerləşən Svetla-nad-Sazavou şəhərindəki qadın həbsxanasının 7 nəzarətçisinə qarşı işgəncə və qeyri-insani rəftar ittihamı irəli sürüb.

APA xəbər verir ki, bu barədə Çexiya radiosu məlumat yayıb.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər ötən ilin yanvarında bir neçə saat ərzində məhkuma qarşı fiziki və psixoloji zorakılıq tətbiq ediblər.

Ötən ilin martında xidmətdən azad edilən nəzarətçiləri 8 ilə qədər həbs gözlədiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR