Çexiyada prezident seçkilərinin ikinci turunun səsverməsi başlayıb

Çexiya

© APA | Çexiya

# 27 yanvar 2023 17:53 (UTC +04:00)

Çexiyada bu gün prezident seçkilərinin ikinci turunun səsverməsi başlayıb.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumatda deyilir ki, səsvermələrin keçirilməsi üçün 14 857 seçki məntəqəsi açılıb ki, burada Çexiya əhalisinin (təxminən 10.6 milyon nəfər) 8.25 milyon nəfəri səs verə bilər.

İki gün ərzində keçirilməsi nəzərdə tutulan seçkilərdə yetkinlik yaşına çatmış 3779 vətəndaş ilk dəfə səs verə biləcək. Səsvermənin nəticələri yanvarın 28-i axşam saatlarında elan olunacaq.

Qeyd edək ki, Çexiyada ümumxalq səsverməsi yolu ilə prezident seçkilərinin keçirilməsi ilk dəfə 2013-cü ildə baş verib və bu ilki seçkilər sayca üçüncüdür. Bundan əvvəl isə prezident parlament tərəfindən seçilirdi.

Xatırladaq ki, bu ilin 13-14 yanvar tarixlərində keçirilmiş birinci turun nəticəsi olaraq, səsvermənin ikinci turuna NATO Hərbi Komitəsinin sabiq sədri, istefada olan general Petr Pavel və Çexiyanın keçmiş Baş naziri Andrey Babiş keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR