Conson: “Ukrayna məğlub olarsa, nəticələri dəhşətli olacaq”

Conson: “Ukrayna məğlub olarsa, nəticələri dəhşətli olacaq”
# 30 iyun 2022 16:51 (UTC +04:00)

Ukrayna məğlub olarsa və ya əlverişsiz şərtlərlə sülhü qəbul etməyə məcbur olarsa, bütün planetdə azadlıq üçün nəticələri dəhşətli olacaq. Bu fikri bütün NATO üzvləri bölüşür.

APA-nın Britaniya bürosu xəbər verir ki, bunu Britaniyanın Baş naziri Boris Conson bildirib.

O deyib ki, Moskva ilə danışıqların məqsədəuyğunluğu barədə qərar Kiyevdə verilməlidir.

“Biz ukraynalıların özlərindən daha çox ukraynalı ola bilmərik. Onlar Rusiya ilə razılaşmaq istəyirlərmi? Təbii ki, bu, onların qərarıdır", - Boris Conson qeyd edib.

Baş nazir vurğulayıb ki, Rusiyanın razılaşma təklif etmədiyi bu şəraitdə yeganə məntiqli və düzgün qərar, Ukraynaya bu günə qədər göstərilən dəstəyi davam etdirmək və göstərilən hərbi yardımı artırmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR