Conson və Makron Ukraynadakı vəziyyəti müzakirə ediblər

Conson və Makron Ukraynadakı vəziyyəti müzakirə ediblər
# 06 may 2022 23:10 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Boris Conson və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

APA-nın Britaniya bürosunun xəbərinə görə, telefon danışığı zamanı Baş nazir Kiyevə səfəri ilə bağlı təəsüratlarını Fransa prezidenti ilə bölüşüb. Liderlər Ukraynaya uzunmüddətli təhlükəsizlik və iqtisadi dəstək, habelə Rusiyanı təcrid etmək tədbirləri ilə bağlı daha geniş koordinasiyalı əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Boris Conson və Emmanuel Makron Ukraynadakı vəziyyətin qlobal enerji və ərzaq qiymətlərinə təsiri ilə bağlı narahatlıqlarını bölüşüb, böhranın qlobal iqtisadiyyata təsirini azaltmaq üçün G7 vasitəsilə işləmək barədə razılığa gəliblər. Liderlər həmçinin Böyük Britaniya və Fransa arasında daha böyük iqtisadi və texnoloji əməkdaşlıq imkanlarını, hər iki ölkədə iş yerlərinin artırılması imkanlarını müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR