Conson Zelenski ilə Ukraynaya hərbi dəstəyi müzakirə edib

Conson Zelenski ilə Ukraynaya hərbi dəstəyi müzakirə edib
# 19 may 2022 18:33 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Boris Consonla Ukrayna Prezidenti Vladimir Zelenskinin telefon danışığı olub, tərəflər Ukraynaya hərbi dəstək, həmçinin qlobal qida təhlükəsizliyi məsələlərini müzakirə edib.

APA-nın CNN-ə istinadən xəbərinə görə, məlumatı Boris Consonun mətbuat xidməti yayıb.

“Liderlər danışıqlar prosesindəki inkişafı müzakirə etdilər və Ukrayna üçün uzunmüddətli təhlükəsizlik arxitekturasının müəyyənləşdirilməsi məqsədi ilə ABŞ, Fransa və Almaniya da daxil olmaqla müttəfiqlərlə işin sürətləndirilməsinə razılaşdılar”, - Boris Consonun mətbuat xidmətinin rəhbəri bildirib.

Söhbət zamanı Ukraynanın işğalının və dəniz limanlarını bloklamasının inkişaf etməkdə olan ölkələrdə ərzaq qiymətlərinin artması ilə nəticələnməsindən narahatlıq ifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR