Cozep Borrell Çin xarici işlər naziri ilə görüşüb

Vanq Yi, Cozep Borrell

© APA | Vanq Yi, Cozep Borrell

# 07 iyul 2022 10:00 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Çin xarici işlər naziri Van İ ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Borrell "Twitter"də bildirib.

“Çin XİN rəhbəri Van İ ilə Aİ-Çin münasibətləri müzakirə etdik.

Çini Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı məsələdə daha konstruktiv rol oynamağa və Rusiyanın hücumunun səbəbləri və fəlakətli qlobal iqtisadi nəticələrinə dair dezinformasiyanı dayandırmağa çağırdım”, - Borrell qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR