Cozep Borrell Moldova xarici işlər naziri ilə görüşüb

Cozep Borrell, Niku Popesku

© APA | Cozep Borrell, Niku Popesku

# 13 may 2022 14:46 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Moldovanın xarici işlər naziri Niku Popesku ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Cozep Borrell "Twitter"də bildirib.

"Moldova xarici işlər naziri ilə Aİ-nin genişlənməsini müzakirə etdik. Moldova Avropa ailəsinin bir hissəsidir. Həmçinin ölkədəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıldı. Aİ Moldovanın dayanıqlılığına dəstəyini davam etdirəcək və Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı Moldovanın üzləşdiyi çətinliklərə kömək edəcək", - Borrell deyib.

Qeyd edək ki, görüş Berlində G7 XİN rəhbərlərinin iclası çərçivəsində baş tutub. İclasa Moldova və Ukrayna xarici işlər nazirləri də dəvət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR