Daha 25 hərbçinin meyiti Ukraynaya qaytarılıb

Daha 25 hərbçinin meyiti Ukraynaya qaytarılıb
# 06 sentyabr 2022 14:05 (UTC +04:00)

Müharibədə həlak olan daha 25 ukraynalı hərbçinin meyiti Ukraynaya qaytarılıb.

APA xəbər verir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiyası Nazirliyi məlumat yayıb.

“Ölən hərbçilərin meyitlərinin qaytarılması üçün növbəti əməliyyat keçirilib. Ukrayna daha 25 müdafiəçisinin meyitini qaytarıb. Əməliyyat itkin düşmüş şəxslər üzrə müvəkkil Oleq Kotenkonun və Ukraynanın bir sıra hüquq-mühafizə orqanlarının əməkdaşlığı ilə həyata keçirilib”, - məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR