Danilov: Rusiya müharibə ərzində ən genişmiqyaslı hücuma hazırlaşır

Aleksey Danilov

© APA | Aleksey Danilov

# 01 fevral 2023 10:20 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələri Ukraynaya qarşı indiyə qədərki müharibə ərzində ən genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır.

APA xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “Sky News”a müsahibəsində deyib.

Katib istisna etmir ki, Rusiya ordusu keçən ilin 24 fevralında olduğu kimi Ukrayna üzərinə cənubdan, şərqdən və şimaldan hücuma keçə bilər.

Danilovun sözlərinə görə, hücumun tarixi keçən il başlamış genişmiqyaslı müharibənin ildönümünə təsadüf edə bilər.

"Rusiya ordusu genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır və bunun üçün mümkün olan hər şeyi toplayır, təlimlər keçirir” – o qeyd edib.

Xatırladaq ki, ötən ilin yanvarın 30-da NATO-nun baş katibi Yens Stoltenberq Rusiya ordusunun yeni hücuma hazırlaşdığını elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR