Danimarka səfiri Quranın yandırılmasına görə Türkiyə XİN-ə çağırılıb

Danimarka səfiri Quranın yandırılmasına görə Türkiyə XİN-ə çağırılıb
# 27 yanvar 2023 16:10 (UTC +04:00)

Bu gün Danimarkada “Qurani-Kərim”ə qarşı təhqiramiz aksiyanın keçirilməsinə icazə verildiyinə görə, bu ölkənin Türkiyədəki səfiri Danny Annan Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə APA-nın İstanbul müxbirinə diplomatik mənbələrdən bildirilib.

Qeyd olunub ki, Türkiyə açıq şəkildə nifrət cinayəti olan bu təxribat xarakterli hərəkətə yol verilməsini qətiyyətlə pisləyir və Danimarkanın bu münasibətinin qəbuledilməz olduğu səfirə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR