Danimarka səfiri Türkiyə XİN-ə çağırılıb

Danimarka səfiri Türkiyə XİN-ə çağırılıb
# 31 mart 2023 19:17 (UTC +04:00)

Türkiyə martın 24-də Danimarkada müqəddəs “Qurani-Kərim”ə və Türkiyə bayrağına qarşı törədilmiş nifrət cinayətinin Ramazan ayında yenidən törədilməsinə icazə verilməsini sərt şəkildə qınayır.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

“Bir daha vurğulayırıq ki, ifadə azadlığı adı altında bu alçaq hərəkətə yol verilməsini qəbul etmirik və bu yanaşmaya heç bir zaman haqq qazandırılması mümkün deyil. Bu cür əməllərin qarşısının alınması üçün hüquqi və inzibati tədbirlərin qeyri-adekvatlığı və siyasi iradənin olmaması, günahkarların cəzasız qalmasının yeni təxribatlara rəvac verdiyi aydın görünür”, deyə bəyanatda bildirilib.

Həmçinin əlavə olunub ki, məsələ ilə bağlı Danimarkanın Türkiyədəki səfiri XİN-ə çağırılıb və ona məsələ ilə bağlı etiraz bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR