Danimarka Ukraynaya gəmi əleyhinə “Harpun” raketləri verəcək

Gəmi əleyhinə “Harpun” raketi

© APA | Gəmi əleyhinə “Harpun” raketi

# 23 may 2022 22:07 (UTC +04:00)

Danimarka hakimiyyəti Ukraynaya “Harpun” gəmi əleyhinə raket və buraxılış qurğuları verəcək.

APA xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.

Pentaqon rəhbəri Kiyevə hərbi yardım göstərmək üçün Qərb ölkələri tərəfindən yaradılan təmas qrupunun ikinci onlayn iclasının yekunları üzrə danışarkən bildirib ki, 20-yə yaxın ölkə Ukrayna paytaxtına göndərəcəyi yardım paketini açıqlayıb.

“Mən bu gün Ukraynaya sahillərini müdafiə etmək üçün “Harpun” buraxılış qurğusu və raketlər təqdim edəcəyini elan edən Danimarkaya xüsusilə minnətdaram”, - Ostin bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR