Danimarka və Estoniya Finlandiyanın NATO-ya üzvlüyünü dəstəkləyib

Mette Frederiksen

© APA | Mette Frederiksen

# 12 may 2022 13:06 (UTC +04:00)

NATO üzvü olan Danimarka və Estoniya Finlandiyanın alyansa qoşulmaq istəyini dəstəkləyib.

APA-nın CNN-ə istinadən xəbərinə görə, Danimarka Baş naziri ofisinin “Twitter”də etdiyi paylaşımda qeyd olunub ki, Baş nazir Mette Frederiksen Finlandiyanın NATO-ya qoşulmasının alyansı və üzv ölkələrin ümumi təhlükəsizliyini gücləndirəcəyini bəyan edib.

“Danimarka əlbəttə ki, Finlandiyanı NATO-da isti qarşılayacaq. Bu, NATO-nu və bizim ümumi təhlükəsizliyimizi gücləndirəcək. Danimarka rəsmi müraciətdən sonra sürətli qəbul prosesi üçün əlindən gələni edəcək”, - Frederiksen qeyd edib.

Estoniya Baş naziri Kaja Kallas da “Twitter”dəki paylaşımında ölkəsinin Finlandiyanın alyansa sürətli qəbulu prosesini dəstəklədiyini bəyan edib.

"Şimal qonşumuz tərəfindən tarix yazılır. Siz bizim tam dəstəyimizə arxalana bilərsiniz. Biz sürətli qəbul prosesini dəstəkləyirik. Biz öz tərəfimizdən zəruri addımları sürətlə atacağıq”, - Kaja Kallas qeyd edib.

Xatırladaq ki, Finlandiyada aparılan ictimai rəy sorğuları Ukraynanın işğalından sonra əhalinin 80%-nin ölkənin NATO-ya üzvlüyünü dəstəklədiyini göstərir. Müharibədən öncə isə bu göstərici 30% təşkil edib.

Finlandiyanın Ukrayna ilə sərhədinin uzunluğu təxminən 1300 kilometr təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR