Danimarkanın Baş Naziri: Biz 19 “Caesar” qurğumuzun hamısını Ukraynaya veririk

Danimarkanın Baş Naziri: Biz 19 “Caesar” qurğumuzun hamısını Ukraynaya veririk
# 30 yanvar 2023 23:51 (UTC +04:00)

Danimarkanın baş naziri Mette Frederiksen 19 " Caesar " özüyeriyən artilleriya qurğusunun Ukraynaya təhvil verildiyini təsdiqləyib.

APA-nın məlumatına görə, o, bu barədə Odessada Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə keçirdiyi brifinqdə bildirib.

"Biz bütün 19 qurğumuzu Ukraynaya təhvil veririk". Danimarka nə qədər lazımdırsa Ukraynanı dəstəkləyəcək” hökumət başçısı bildirib.

Zelenski öz növbəsində Ukrayna artilleriyasını gücləndirdiyinə görə Frederiksenə təşəkkür edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR