Davos Forumunun keçiriləcəyi yeni tarix açıqlanıb

Davos Forumunun keçiriləcəyi yeni tarix açıqlanıb
# 21 yanvar 2022 18:44 (UTC +04:00)

Davos Forumu mayda keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə Dünya İqtisadi Forumunun saytında məlumat verilib.

Bildirilib ki, “Birgə işləmək, etimadın bərpası” mövzusunda illik yığıncaq mayın 22-dən 26-dək İsveçrənin Davos-Klosters şəhərində keçiriləcək.

Forumun gündəliyindəki mövzulara pandemiyadan sonrakı bərpa, iqlim dəyişikliyi ilə mübarizə, iş üçün daha yaxşı gələcək qurmaq, Dördüncü Sənaye İnqilabının texnologiyalarından istifadə daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR