Di Maio: “Rusiyanın Avropa Şurasından kənarlaşdırılması ağrılı qərar idi”

Di Maio: “Rusiyanın Avropa Şurasından kənarlaşdırılması ağrılı qərar idi”
# 20 may 2022 12:19 (UTC +04:00)

“Rusiyanın Avropa Şurasından kənarlaşdırılması ağrılı, amma, eyni zamanda çox vacib qərar idi”.

APA xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Luici Di Maio Avropa Şurası Nazirlər Komitəsinin Turində keçirilən 132-ci iclasında çıxışında deyib.

Nazir qeyd edib ki, Rusiya Ukraynaya hücum edərək beynəlxalq hüququ kobud şəkildə pozub.

“Bu müharibənin həm Ukrayna üçün, həm də qlobal ictimaiyyət üçün nəticələri var. Ukrayna xalqı bu müharibənin ağır nəticələri və təsirləri ilə üzləşir. Biz Ukrayna xalqının yanındayıq”, - XİN rəhbəri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR