Dneprdə yaşayış binasına raket düşməsi nəticəsində ölənlərin sayı 40-a çatıb

Dneprdə yaşayış binasına raket düşməsi nəticəsində ölənlərin sayı 40-a çatıb
# 16 yanvar 2023 15:30 (UTC +04:00)

Rusiyanın Ukraynanın Dnepr şəhərində çoxmərtəbəli binaya endirdiyi raket zərbəsi nəticəsində həlak olanların sayı 40-a çatıb.

APA xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayəti Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko məlumat verib.

O qeyd edib ki, ölənlərdən 3-ü uşaqdır və ölü sayı qarşıdakı günlərdə daha da arta bilər.

Ərazidə xilasetmə işləri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR